KATV 1-dən veteranlar üçün sosial aksiya

KATV 1 Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcək. Bu barədə məlumat "OLAYLAR"-a şirkətdən daxil olub. Bildirilib ki, 1941-1945 Böyük Vətən Müharibəsi veteranları və arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxsləri, müharibə veteranlarının dul həyat yoldaşlarını, dörd ay ərzində (may, iyun, iyul, avqust 2020) pulsuz televiziya izləmə xidmətləri təqdim olunacaq.

Hədiyyə paketi ölkənin aparıcı kabel televiziyası və internet xidmətləri provayderi KATV1 tərəfindən təqdim ediləcək.

Aksiyaya qoşulmaq üçün https://bit.ly/2xVucHp qeydiyyat formasın doldurulmalısı zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31