Baş nazir: “Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var”

Koronavirus pandemiyası səbəbindən və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik. "Olaylar" xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib. Baş Nazir bildirib ki, Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb. Əli Əsədov qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-empidemoloji vəziyyət nəzarətdədir.

Baş nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Ə.Əsədov vurğulayıb ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31