Baş nazir: “2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb”

"Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir". "Olaylar" xəbər verir ki,  bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.nBaş Nazir bildirib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

Əli Əsədov vurğulayıb ki, hesabat ili Azərbaycan üçün uğurlu il olub. O, bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31