Əli Əsədov: “2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib”
9 Aprel 2020 11:52 Sosial"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib, işsizliyin səviyyəsi isə ən aşağı - 4,8% olub". "Olaylar" xəbər verir ki. Bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib. Ə.əsədov qeyd edib ki, ötən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib: "Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31