Deputatlardan həkim və polislərə sayğı-ayaq üstə alqışladılar

"Bilirsiniz ki, cənab Prezident yeni bir humanist addım atdı, 65 yaşdan yoxarı 176 məhkum əfv olundu". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. S.Qafarova qeyd edib ki, bu əfv sərəncamı göstərdi ki, dövlət siyasətinin mahiyyətində insan amili dayanmaqla yanaşı, statusundan asılı olmayaraq hər bir insanın həyatı dövlətimiz üçün vacibdir. Spiker bildirib ki, koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir. İclasda həmçinin koronavirusla mübarizədə fəal iştirak edən insanlar o cümlədən həkimlər, polis əməkdaşları, hərbçilər və digər insanlar deputatlar tərəfindən ayaq üstə alqışlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31