Konfutsi İnstitutu onlayn xəttatlıq müsabiqəsi elan edib

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə əlaqədar Azərbaycanda müəyyən edilmiş xüsusi karantin rejimini nəzərə alaraq, bütün fəaliyyəti onlayn sistemdə təşkil edib.

Olaylar.az bildirir ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd edib ki, hələ bu ilin fevral ayında institutun əməkdaşları ADU-nun tələbələri və Sumqayıt "Dünya Məktəbi"nin tələbələri ilə seminarlar keçirmiş, Çində koronavirus epidemiyasından danışaraq, Çin xalqı ilə həmrəylik ifadə edən "Uxan, biz səninləyik!", "Siz bunun öhdəsindən gələcəksiz!" və "Möhkəm ol, Çin!" adlı video müraciətlər hazırlayıblar.

R. Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tibbi maska istehsalı müəssisəsinin açılışında milli birlik və milli həmrəylik nümayiş etdirməklə yanaşı, məsuliyyət də nümayiş etdirməyin zəruriliyi barədə Azərbaycan xalqına müraciətini də xatırladıb. R. Abbasov Çin dili, mədəniyyəti və xəttatlığı ilə maraqlanan hər kəsi 团结一致向前看 (Həmrəy olaq və gələcəyə inamla baxaq) devizi altında onlayn xəttatlıq müsabiqəsində iştirak etməyə dəvət edib.

Müsabiqədə iştirak etmək üçün çenyu - dostluq və qarşılıqlı yardıma həsr edilmiş Çin atalar sözlərindən birini seçmək və onları qələm və ya fırçayla yazmaq lazımdır. Sonra xəttatlıq işinin şəklini çəkib və ya skan edib, müəllifin təhsil yeri, adı və soyadını göstərərək ADU Konfutsi İnstitutunun elektron ünvanına ([email protected]) göndərmək lazımdır.

İşlər 1 may 2020-ci il tarixinədək qəbul ediləcək. Ən yaxşı xəttatlıq işləri diplom və hədiyyələrlə təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31