Brilyant Dadaşova: "Mən ailə quranda cehizlik bir fincanım da olmayıb"
9 Aprel 2020 06:26 Sosial"Mən ailə quranda cehizlik bir fincanım da olmayıb. Yeniyetmə vaxtlarımda qadın toylarından qazandığım pulla universitetdə həndəsə-riyaziyyat fənlərindən dərs deyən, quru maaşla bizi böyüdən atamın evini təmir etdirdim. Hər dövrdə ev təmir etmək, tikmək bahalı olub." Bu sözləri Kulis.az-a müsahibəsində xalq artisti Brilyant Dadaşova verib: "Bacılarımla lotereya oynayıb ilk məbləği alan kimi (bu məbləğ ovaxtkı pul ilə 12 min rubl idi - B.D.) qəpiyinə qədər evimizin təmirinə xərclədim. Evin kiçiyi olmağıma baxmayaraq, böyüdükdən sonra mərmərin tapılmayan və bahalı vaxtında anamın məzarını məhz mən tikdirdim. Onu demək istəyirəm ki, anasız böyüdüyüm üçün cehizim yox idi, amma əlimə düşən pulu lazım olan yerlərə xərcləyirdim. Ruzini verən Allahdır. Heç vaxt deməmişəm ki, bacılarım böyükdür onlar etsin niyə mən edim? Atamın da məzarını özüm tikdirmişəm. Baxmayaraq ki, hamımız pul qazanmışıq. Sözüm gənclərədir! Hər şeyi böyüklərdən gözləmək düzgün deyil. Puldan, gözəllikdən, ağ gündən söz açdınız deyə mən də həyat hekayəmi danışıram. Ömür boyu ətrafda bir qəpiyini də özündən başqa heç kimlə bölüşməyən bir çox insanlar görmüşük. Maddiyat da Tanrının imtahanlarından biridir."