Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil
8 Aprel 2020 19:29 SosialÖlkədə vətəndaşlara pulsuz maska paylanması məsələsi gündəmdə deyil.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həkim və xəstələrə, polis və gömrük orqanları əməkdaşlarına maska pulsuz paylanılır:
"Bazarda maska o qədər baha deyil. Əgər ehtiyac yaranarsa, dövlətin məqsədi ölkənin təhlükəsizliyi üçündür. Azərbaycanda maskalar o qədər baha qiymətə satılmır, əlçatandır. Bir az qıtlıq yaranmışdı, o da maska istehsal edən fabrik açılandan sonra aradan qalxır. Ehtiyac olarsa, dövlət bütün resurslarından istifadə edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31