Xaçmazda ağac kəsən şəxs cəzalandırıldı
8 Aprel 2020 15:32 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonu Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, araşdırma zamanı fakt təsdiqini tapıb və sözügedən ərazidə qovaq ağaclarının müvafiq icazə sənədi olmadan özünə məxsus pay torpağında Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyov tərəfindən kəsildiyi və təbiətə 49 640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31