Sevilən aktyorlar canlı yayımda tamaşa oynayacaq – "Patron Covid 19 Güncel"
8 Aprel 2020 13:26 SosialTürkiyənin iki tanınmış aktyoru Cemal Hünal və Onur Senay üç mövsümdür teatrda ifa etdikləri "Patron" tamaşalarını canlı yayımda nümayiş etdirəcəklər.
Olaylar.az türk mediasına istinadən bildirir ki, onlayn tamaşa cümə, şənbə və bazar günü "KATS Sahne" Teatrının İnstagram hesabından canlı olaraq yayımlanacaq.
Koronavirusa görə "Evdə qal!" kompaniyasına qoşulan aktyorlar tamaşanın adını da "Patron Covid 19 Güncel" kimi adlandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31