ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
8 Aprel 2020 12:13 SosialASAN könüllüləri martın 16-dan etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstəriblər.
Olaylar. az bildirir ki, könüllülər xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar ( su, əlcək, maska) ilə təmin olunma və s. kimi işləri görüblər.
Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31