Sahib Məmmədov: “Sahibkarlar öz məsuliyyətlərini artırmalıdır”
8 Aprel 2020 11:13 Sosial"İqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq". "Olaylar" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İctimai TV-nin efirində qonaq olan zaman deyib. Nazir müavini bildirib ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır: "İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli "qaynar xətt"i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31