Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

Tənha yaşayan, yaşı 65-dən çox olan sakinlər evlərində ziyarət edilir

Qaradağ rayonunda sakinlər xüsusi karantin rejiminə tabe olub, evdən çıxmırlar. Yaşı 65-dən çox olan və tənha yaşayan sakinlər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş xüsusi mobil qrupların üzvləri tərəfindən evlərində ziyarət edilir və onlara ərzaq və dərman yardımı ilə köməklik edirlər

Qeyd edək ki,  dezinfeksiya işləri də gündəlik olaraq rayonunun bütün qəsəbələrinin ərazisində də davam etdirilir. Dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü  texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir.

Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin  əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31