142 - Çağrı Mərkəzinə rekord sayda müraciət olub

"6 aprel tarixində 142- Çağrı Mərkəzinə 4804 zəng daxil olub, onlardan 4758-i cavablandırılıb". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Olaylar"a  verilən məlumata görə, 24 mart tarixindən 6 aprelə kimi Çağrı Mərkəzinə ümumilikdə 47 685 zəng daxil olub:"Cavablandırılan zənglərin sayı 46 395-dir. Müraciətlərin 9%-i yaşı 65-dən yuxarı olan vətəndaşlara evdə sosial xidmətlərin göstərilməsi ilə bağlıdır. Hazırda 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərməkdə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31