Afrikada koronavirus qurbanlarının sayı 400-ü keçdi
7 Aprel 2020 14:42 SosialAfrika qitəsində koronavirusa yoluxanların sayı 10 075 nəfərə çatıb.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu məlumatı Afrika İttifaqı Xəstəliyə nəzarət və profilaktika mərkəzi yayıb.
Bildirilib ki, son sutkada virusdan ölənlərin sayı 73 nəfər artaraq 487-yə çatıb. Məlumata görə, ötən sutkada daha 1 000 yeni yoluxma faktı qeyd alınıb.
İndiyədək Afrikanın 43 ölkəsi sərhədlərini tamamilə, 7 ölkəsi isə beynəlxalq hava nəqliyyatını bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31