“WhatsApp”dan məhdudiyyət - Bu gündən mesajları yalnız bir nəfərə yönləndirmək olacaq

WhatsApp koronavirus pandemiyası ilə bağlı yanlış məlumatların eyni zamnada bir çox şəxslərə yönləndirilməsinin qarşısını almaq üçün məhdudiyyət tətbiq edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu gündən WhatsApp-da 5 və ya daha çox şəxsə göndərilən mesajları yalnız bir nəfərə yollamaq mümkün olacaq. "Forward" funksiyası mesajların yalnız bir nəfərə göndərilməsinə xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31