“ASAN Məktub” vasitəsi ilə 65 yaşdan yuxarı 210 şəxsin ehtiyacı təmin edilib
7 Aprel 2020 13:34 Sosial"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində 65 yaşdan yuxarı tənha yaşayan insanların ehtiyacları www.asanmektub.az saytına yerləşdirilib. Olaylar.az bildirir ki, bu günə qədər qeydə alınmış 300-dən çox müraciətin artıq 210-u təmin edilib və aidiyyəti üzrə təhvil verilib.Vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən təmin edilmiş ehtiyaclar ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılır. Bir məktubu da siz gerçəkləşdirin! #BizBirlikdəGüclüyük #evdəqaldəstəkol
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31