Gürcüstanda kağız pullar və sikkələr dezinfeksiya edilir
6 Aprel 2020 15:03 SosialGürcüstanın Poti şəhərinin kənd təsərrüfatı bazarında sikkələr antiseptik maye ilə, kağız pullar isə ütü ilə dezinfeksiya olunur.
Olaylar.az bildirir ki, bu barədə "RİA Novosti"də məlumat verilib.
Məlumata görə, koronavirusdan qorunmaq üçün müştərilər istifadə edəcəkləri pulların antiseptik və ütünün köməyi ilə dezinfeksiya olunması üçün xüsusi əməkdaşa təhvil verməlidirlər.
Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərdir, onlardan 2-i ölüb, 36 nəfəri sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31