Elçin Babayev: "Yaxın vaxtlarda Nano maskaları və N95 maskalarının da təqdimatı olacaq"

"Bakı Tekstil Fabriki olaraq bu gün maska istehsalatımız cənab Prezidentimizin xeyir-duasıyla başladı. Vətənə, millətə xeyirli olsun".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Bakı Tekstil Fabriki MMC-nin direktoru Elçin Babayev səsləndirib. O, qeyd edib ki, 25 gün müddətində komandamız həm təşkilati, həm də quraşdırma işlərində çalışıb: "Kənardan mütəxəssis gəlmədən Azərbaycan zəkası prosesi təşkil etdi. Mexanik və menecerlərimiz möhtəşəmdirlər".
Elçin Babayev bildirib ki, bundan başqa yaxın vaxtlarda Nano maskaları və N95 maskalarının da təqdimatı olacaq: "Məhsullar tam distilə olunmuş və bakterolijidir. Allah ölkəmizi və millətimizi qorusun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31