Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə hekayə müsabiqəsi elan edir

Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yardıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

Olaylar.az müsabiqənin şərtlərini təqdim edir:

• Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

• Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

• Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan hekaylər qəbul olunur.

• Hekayənin mətni üçün tələblər - şriftin qarnituru  "Arial" 12, sətirlər arası interval 1, faylın formatı "doc." A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı hekayələr "Radio Antenn" 101 FM-də yayımlanan "Canlı kitab" verilişində səsləndiriləcəkdir.

Mükafatlar:

Birinci yer - I dərəcəli diplom və 2000 manat

İkinci yer - II dərəcəli diplom və 1500 manat

Üçüncü yer - III dərəcəli diplom və 1000 manat

2 həvəsləndirici mükafat - xüsusi diplom və 500 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaqdır.

12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırması təşkil olunacaqdır.

İştirakçılar tərəfindən hekayələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31