Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianə 100 milyonu ötdü
6 Aprel 2020 13:03 SosialPrezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 109 198 984 manat ianə edilib.
Olaylar.az fondun rəsmi saytına istinadən bildirir ki, ianələri köçürənlər arasında 2452 hüquqi, 7144 fiziki şəxs var.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31