Millət vəkili yeni proqramın hazırlanmasını təklif edib
6 Aprel 2020 12:49 SosialMillət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli İTV-də yayımlanan "Diqqət mərkəzində yekun" verilişində yeni bir təkliflə çıxış edib. "Olaylar"ın xəbərinə görə, millət vəkili qeyd edib ki, yeni proqramın qəbul olunması üçün ölkənin maddi imkanı var: "Azərbaycanda koronavuris pandemiyası ilə bağlı daha bir dəstək proqramı hazırlanmalıdır. Sayca 11-ci olacaq bu proqram digər 10 proqramın əhatə dairəsindən kənarda qalmış, çıxılmaz vəziyyətdə olan vətəndaşlarımıza kömək etməlidir. Dəstək proqramlarının icrasına 2,5 milyardn manat vəsait ayrılıb. Azərbaycan hökumətinin bu məbləği artırmağa imkanı var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31