201 nəfər taksi sürücüsü qeydiyyatdan keçib

"Yalnız mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil ediləcək və ölkədə hərəkət məhdudiyyəti dövründə yalnız portaldan qeydiyyatdan keçən şəxslər taksi fəaliyyəti göstərə biləcək".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova səsləndirib. O, bildirib ki, artıq bu saata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib. Nurida Allahyarova onu da qeyd edib ki, ümumilikdə bu saata qədər 201 nəfər taksi sürücüsü qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31