Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarix muzeyi siyahısına daxil edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarix muzeyi siyahısına daxil edilib. Belə ki, bu mədəniyyət ocağı MDB ölkələrinin tarixi və mədəniyyəti üzrə ziyarət və virtual ekskursiyalar üçün ən yaxşı muzeylər reytinqində altıncı sırada yer alıb.

Olaylar.az bildirir ki, reytinq muzeylərin populyarlığı və muzeylər üzrə virtual tur təkliflərinin analizinin nəticələrinə əsasən "TurStat" turizm portalı tərəfindən təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31