MM-in Səhiyyə komitəsi də onlayn iclas keçirib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclası komitə sədri Əhliman Əmiraslanov açaraq, komitənin üzvlərini iclasın gündəliyi ilə tanış edib. İclasın gündəliyinə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"  və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələri daxil edilib. 

Gündəlikdəki məsələlərlə bağlı komitə sədri Əhliman Əmiraslanovun məlumatı dinlədildikdən sonra, komitə üzvləri qanun layihələri ilə bağlı rəylərini bildiriblər. Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31