"Evdə qal, Azərbaycan!" həmrəyliyə və milli birliyə çağırışdır
31 Mart 2020 12:19 SosialDünyanı cənginə alan koronavirus infeksiyasının (COVID-19) geniş yayıldığı bir məqamda ayrı-ayrı ölkələr əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməkdədirlər. Sözügedın tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi gündən tətbiq edilməkdədir. Belə ki, dövlətlər insanlar arasındakı təmasların minimuma endirilməsi məqsədilə ölkə daxilində ictimai həyata və davranış qaydalarına sərt məhdudiyyətlər müəyyən ediblər. Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə lazımi tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən qeyd edək ki, Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında Prezident İlham Əliyev qeyd edib ki, ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dövlət bütün lazımi işləri görür: "Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!" deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!" şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk".
Yerli və beynəlxalq mütəxəssislər hesab edirlər ki, sözügedən tədbirlərin ən səmərəlisi evdə qalmaqdır. Belə ki, evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Azərbaycan dövləti koronavorus pandemiyasının təhlükəsini nəzərə alaraq həssas insanlar üçün xüsusi qaydalar müəyyən edib. Üstəlik bu qaydalara riayət edib evdə qalan vətəndaşların üçün həyatıvacib sosial təminatlar müəyyən edilib. İndi qalır vətəndaşların bu qaydalara riayət etmələri. İnsanlar anlamalıdırlar ki, müəyyən edilmiş qaydalar onların, ailələrinin, ən nəhayət cəmiyyətin təhlükəsizliyinə hesablanıb. Məlum olduğu kimi təkcə koronavirus deyil, eləcə də bütün növ viruslar yaşlı insanlar və uşaqlar üçün təhlükəli hesab olunur. Odur ki, bu infeksiya da yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə əməl etməlidirlər. Bunun isə ən rahat yolu evdə qalaraq bayıra çıxmamaqdan keçir. Azərbaycan xalqı ağbirçək və ağsaqqaların sözünü bir həyat tərzi kimi qəbul edən xalqdır. Elə bu amili nəzərə alan yaşlı insanlar gənclərə çağırış edərək evdə qalmalarını tövsiyyə etməlidir. Vətəndaşlar özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla hər bir şəxs bu ciddi problemin öhdəsindən gəlməyə öz töhfəsini vermiş olacaq.
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, dövlət koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində çoxsaylı əhəmiyyətli qərarlar qəbul edib. Nazirlər Kabineti yanında Operativ qərargahın son qərarı buna bir misladır. Üstəlik dövlət başçısı dövlət başçısı da vətəndaşları həmrəylik nümayiş etdirməyə çağırıb, bu bəladan birlikdə çıxılacağına əmin olduğunu ifadə edib: "Vətəndaşlar dövlət başçısının "Biz birlikdə güclüyük!" şüarını çətin sınaq qarşısıbda həmrəyliyə və milli birliyə çağırış kimi qəbul etməlidirlər. Ölkə prezidentinin çağırışına adekvat olaraq hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır. Anlayışla qəbul etməlidir ki, tətbiq olunmuş qadağalar yoluxma hallarını məhdudlaşdırmaq məqsədi daşıyır". O, koronavirusa qarşı mübarizədə polic və həkimlərin fədakarlığını yüksək qiymətləndirib: "Məlum olduğu ki, hazırda əhalinin ən riskli qruplarından biri də polis və həkimlərimizdir. Çünki, onlar öz vəzifələrinin icraçısı zamanı xəstəliliyə yoluxan insanlara daha yaxın olurlar. Bu baxımdan onlar risk qrupuna daxil olurlar. Buna baxmayaraq, istər həkimlərimiz, istərsə də polislərimiz öz vvəzifələrini şərəflə yerinə yetirilər. Bu arada polislərin insanlarla davranışı, maarifləndirici təbbirlərdə iştirakı xüsusilə qeyd edilməlidir. Adətən polis işçiləri cəmiyyətə qorxulu bir peşə sahibləri kimi təqdim olunub. Lakin hazırda polislərin xoş rəftarı onların həssas məqamda vətəndaşların yanında olduqlarını sübut etdi. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda polis əməkdaşları səbr və təmkinlə insanlara qaydaları çatdırır, onları başa salmağa çalışırlar. Polisin üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atır, gecə-gündüz çalışırlar". Hüquqşünas əlavə edib ki, belə bir məqamda müəyyən edilmiş qaydalara riayət edənlər məsuliyyətə cəlb edilməlidir: "O insanlar ki, etdikləri əməllərin cəmiyyət üçün nə qədər təhlükəli olduğunun fərqində deyilsə, onlar mütləq cəzalandırılmalıdır: "Məsuliyyəysiz davranan, qaydaları pozan insanlar məsuliyyətə cəlb edilməlidir. Məsuliyyət hissi bu gün nümayiş etdirilən həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır. Yalnız bu halda başımızın üstünü almış təhlükədən xilas ola bilərik".
Zəka