Deputatların elektron səsverməsi dekabrın 30-dək qüvvəyə minəcək
30 Mart 2020 13:11 SosialKarantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. "Olaylar" xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında səsverməyə çıxarılaraq qəbul edilən "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31