Novruz Məmmədovdan maaşlarla bağlı MÜHÜM DƏYİŞİKLİK

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi" və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında" qərarlara dəyişiklik edib.

Dəyişiklik "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Aprezidentin 2019-cu il 8 fevral tarixli sərəncamını icra etmək məqsədi ilə olunub. Dəyişikliyə görə, həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləği" və yenə də həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği" yeni redaksiyada təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31