Deputat: “Bu nazirliklər hesabatdan nəticə çıxarmalıdır”

2018-ci ildə Palata 714 nöqsan aşkar edib

"Hesablama Palatasının əsas fəaliyyəti şəffaflığın təmin olunmasından ibarətdir. 2018-ci ildə Palata 714 nöqsan aşkar edib. Bu çox ciddi rəqəmdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, nöqsanlar əsasən 4 istiqamət üzrə özünü göstərir: "Bunlar dövlət zəmanəti ilə alınan kreditlkərin icrası, dövlət satınalmaları, maliyyə hesabatlığı və büdcə gəlirlərinin hesablanması və yığılması sahəsini əhatə edir. Qeyd edim ki, Hesablama Palatası bu 4 sahə üzrə əvvəlki hesabatları zamanı da nöqsanlar aşkar edilib. Təklif edirəm ki, bu sahələr üzrə Hesablama Palatası daha çox yoxlamalar aparsın və daha sərt qərarlar qəbul etsin. Həmçinin ən çox nöqsanlar Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyində aşkar edilib. Ümid edirəm ki, bu nazirliklər hesabatdan nəticə çıxarmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31