Hesablama Palatası 714 halda nöqsan aşkarlayıb
esablama Palatası ilə bağlı yeni qanun qəbul edilib və yeni yanaşmanın tətbiqi üçün hüquqi baza formalaşdırılıb
9 Aprel 2019 12:48 Sosial"2018-ci ildə aparılmış audit tədbirləri 10,2 mlrd. manat vəsaiti əhatə edib. Bunun 60,5%-i dövlət büdcəsinin xərclərinə aid olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, 2018-ci ildə Hesablama Palatası ilə bağlı yeni qanun qəbul edilib və yeni yanaşmanın tətbiqi üçün hüquqi baza formalaşdırılıb.
O, bildirib ki, ötən il Hesablama Palatası korrupsiya ilə mübarizə istiqamətində əlaqədar qurumlarla sıx əməkdaşlıq edib: "2018-ci ildə aparılmış nəzarət tədbirləri üzrə müvafiq məlumatlar aiddiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Həmin tədbirlərin 4-ü inzibati xarakterli, 5-i isə cinayət xarakterli olub". Palata sədrinin bildirdiyinə görə, 2018-ci ildə audit tədbirləri nəticəsində 714 halda nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: "Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib".