Bəzi Avropa ölkələri fəal əhalinin 20 faizini itirə bilər
29 Mart 2019 06:13 SosialAvropanın cənub-şərqində yerləşən ölkələr əmək qabiliyyətli əhalinin kəskin azalması ilə üzləşib və bu tendensiya davam edəcək.
Publika.az xəbər verir ki, bu barədə Vyana Beynəlxalq İqtisadiyyat Elmləri İnstitutunun dərc etdiyi araşdırma məqaləsində bildirilir.
Məqalədə deyilir ki, Rumıniya, Bolqarıstan, Xorvatiya, Polşa, Latviya və Ukrayna 2045-ci ilə kimi əmək qabiliyyətli əhalinin 20 faizini itirə bilər. Hazırda Avropa ölkələrinin çoxu əhalinin, o cümlədən işçi qüvvəsinin və mütəxəssislərin kəskin azalması ilə üzləşib.
İnstitutun eksperti Riçard Qrieverson 2019-2021-ci illərə nəzər yetirərək qeyd edir ki, müharibə olmayan vaxtlarda əhalinin bu qədər azalması heç zaman baş verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31