İqtisadiyyat Nazirliyində yanğında zərərçəkmiş sahibkarlarla bağlı İşçi Qrupu yaradılıb
28 Mart 2019 17:22 Sosial"Diqlas" Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb.
Bu barədə nazir müavini Sahib Məmmədov Real TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sabahdan etibarən nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərərçəkmişlərlə görüş keçiriləcək: "Bu məsələ hər bir vətəndaşla fərdi qaydada müzakirə ediləcək, dəymiş ziyan müəyyənləşdiriləcək və işlər aparılacaq".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31