Müdafiə naziri qazaxıstanlı həmkarına başsağlığı verdi
28 Mart 2019 16:55 SosialAzərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının müdafiə naziri, general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığı mətnində bildirilir:
"Qardaş Qazaxıstan Respublikasının Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31