Prezidentdən heç bir ölkənin təcrübəsində rast gəlinməyən növbəti alicənab addım- RƏY

Dövlət, xüsusilə də dövlət başçısı bir daha hər bir vətəndaşın probleminin onun öz problemi olduğunu sübuta yetirdi və hər zaman vətəndaşın yanında olduğunu əməli addımı ilə təsdiq etdi. Söhbət bu günlərdə Bakının Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzində baş verən yanğından və yanğın nəticəsində sahibkarlara dəymiş ziyana görə dövlət tərəfindən kompensasiyanın ödənilməsindən gedir. Xəbər verildiyi kimi martın 28-də dövlət başçısının iştirakı ilə sözügedən ticarət mərkəzində baş vermiş yanğınla bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev hadisənin ətraflı şəkildə araşdırılması ilə yanaşı, sahibkarlara dəymiş ziyana görə kompensasiya ödənilməsi barədə də müvafiq tapşırıqlar verib.

Prezident İlham Əliyevin sahibkarlara dəstək nümayiş etdirməsi və onların yanında olması brmənalı olaraq müsbət qarşılanıb və dövlət başçısının bu addımı həm də humanist addım kimi dəyərləndirilib.

Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Prezident İlham Əliyevdən demək olar ki, heç bir ölkənin təcrübəsində rast gəlinməyən növbəti alicənab addım nümayiş edildi. "Diqlas" Ticarət Mərkəzindəki yanğından zərər çəkənlərə kompensasiya veriləcək: "Yaxşı, birdən bu ölkənin başında cənab İlham Əliyev kimi son dərəcə humanist bir lider deyil, başqa biri dursaydı, onda necə olacaqdı? 
Bəli, cənab Prezident sözü gecən ticarət mərkəzində mallları yanıb kül olan, əlləri hər yerdən üzülən sahibkaralara əl uzatdı. Ancaq biz cəmiyyət olaraq bundan gərəkən nəticə çıxarmalıyıq. Bilməliyik ki, heç kim və heç harda bu cür fors-majorlardan sığıortlanmayıb. Sığortalanmadığımız üçün də mal-mülklərimizi mütləq sığorta etdirməliyik ki, uzaq olsun, fəlakətlə üzləşəndə "Diqlas" dakı mağaza yiyələrinin dünən düşdükləri duruma düşməyək. Və yaxşı olardı ki, mənim mediadakı həmkarlarım da bu məsələdə fəallıq göstərsinlər. Məsələn, digər sahibkarlarla maraqlansınlar, onların neçə faizi öz mağazalarını, obyektlərini, mal-mülklərini sığorta etdiriblər? Etdirməyənlər niyə etdirmirlər?".

Millət vəkili Tahir Mirkişili isə deyib ki, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənməsi ilə bağlı verilən tapşırıq dövlət başçısı cənab İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır: "Dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənilmir. Bu hadısədən dərs götürüləsi məsələlər çoxdur. Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3 faizi həcmindədir. Yəni, bir maqazində 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maarıflənməyə ehtiyac var".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə hesab edir ki, ya hansısa məmurların didişməsinin, ya da "Diqlas"ın sahib(lər)inin səhlənkarlığının, məsuliyyətsizliyinin ucbatından yanğından zərər çəkmiş sahibkarlara, vətəndaşlara dəymiş ziyanın ödənilməsi məsələsini cənab Prezident nəzarətə götürdü: "Dövlət başçısı bu gün keçirdiyi müşavirədə vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir, Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Bütün xərclər dövlət büdcəsindən ödəniləcək". Partiya sədri bildirib ki, bu diqqətə və qayğıkeşliyə görə, əlbəttə, Prezident İlham Əliyevə təşəkkür düşür: "Zatən əmlakları yanmış, sıradan çıxmış sahibkarlar da həmişəki kimi yenə də məhz Prezidentdən belə bir humanist addımı gözləyirdilər. Amma sözügedən ticarət mərkəzində yanğının baş verməsinin əsl səbəbkarları da mütləq axtarılıb tapılmalı və onlar ən sərt şəkildə cəzalandırılmalıdırlar ki, qoy, bu başqalarına da dərs olsun, görk olsun və gələcəkdə kimsə bir də bu cür sabotajlara əl atmasın, ölkədə süni gərginlik yaratmağa cəsarət etməsin. Hesab edirəm ki, sahibkarlara dəymiş maddi ziyanın kompensasiyalarını da məhz o yanğının səbəbkarlarına ödətdirmək lazımdır. O zaman hər kəs özünü yığışdırar".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31