Prezidentin sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı vermiş olduğu göstəriş bizlərə də rahatlıq verdi

"Bir neçə gün öncə Diqlas Ticarət Mərkəzində baş vermiş dəhşətli yanğın hadisəsi ölkə gündəmində müzakirə obyektinə çevrilib. Sahibkarlara dəymiş zərər birbaşa yüzlərlə ailənin iqtisadi vəziyyətinə ciddi təsir göstərmiş oldu". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən  İçtimai-Siyasi Prosesslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib ki, baş vermiş hadisənin səbəbləri araşdırılıb içtimaiyyətə məlumat veriləcək: "Amma vətəndaşları səbəblərdən daha çox, düşmüş olduqları ağır vəziyyət narahat edir. Belə bir vəziyyətdə onların taleyinə yenə ölkə prezidenti İlham Əliyev səs verdi. Onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı vermiş olduğu göstəriş tək o sahibkarları deyil, həm də bizlərə də insanlıq naminə rahatlıq verdi. Bax budur dövlətin xalqına sahib çıxması. Bax budur ölkə başçısının hər bir hadisəyə verdiyi reaksiya".

Dövlət başçısı hər zaman vətəndaşının yanındadır - Millət vəkili

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31