Azərbaycan torpaqlarındakı erməni kilsəsinə axın: İran rejimi...

Qərbi Azərbaycanın Çaldıran bölgəsində yerləşən "Qarakilsə" erməni kilsəsini ziyarət edənlərin sayı artıb.

Son 1 ildə kilsəni ziyarət edənlərin sayı 2 min 608 olub.

Bu barədə Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi Məhərrəm Abdullahi "Gənc Müxbirlər Klubu"nun jurnalistinə açıqlamasında deyib.

"Qarakilsə" dünya üzrə ən gözəl tarixi abidələrdən biridir. Onun bənzərsiz memarlığı hər kəsin diqqətini çəkir"- deyə Abdullahi bildirib.

Qərbi Azərbaycanın potensial turizm imkanlarını gözardı edən İran rejimi son illərdə "Qarakilsə"ni güclü şəkildə reklam edir, barəsində müxtəlif bəhanələrlə təbliğat aparır. Bundan əlavə, hər il minlərlə erməni dini mərasim adı ilə "Qarakilsə"yə toplaşır. Bir neçə gün davam edən mərasimdə İran və dünyanın müxtəlif ölkələrindən gələn ermənilərə dövlət tərəfindən yüksək səviyyədə xidmət göstərilir.

Ermənilər "Qarakilsə"də o halda istədikləri mərasimi keçirir ki, elə kilsənin yerləşdiyi Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi uğrunda və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmir. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31