“Toy günü qapıda gəlinlə-bəyi pusurlar”
28 Mart 2019 06:42 Sosial"Gəlinlərin belində qırmızı lentin olması tayfaçılığın əlamətidir".
Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Tural Yusif Murad Arifin "Popumuz var" layihəsində söyləyib.
O, milli-mentalitet və ənənə halına gələn qızların bəkarət lenti barədə danışıb. Yusif bu əlamətləri tayfaçılıq xasiyyəti adlandırıb:
"Göyə güllə atılmalıdır, üç güllədən biri yarımçıq açıldısa, deməli, orada problem var. Qapı pusurlar ki, görsünlər nə oldu. Təsəvvür edirsiz, həyat yoldaşınla toy günü tək qalmaq istəyirsən, amma qapının ağzında kimsə səni pusur. Bu, orta əsrlərin düşüncəsidir. Həyat yoldaşımla olan münasibətim mənim münasibətimdir, heç kimə aidiyyəti yoxdur. Gəlinlərin belindən qırmızı lenti birdən-birə çıxara bilmərik. Elmi artırmaq lazımdır, bizdə elm yoxdur. Biz bu məsələyə elmlə yanaşsaq, uşaqlarımız üçün heç nəyin əhəmiyyəti olmayacaq, onlar üçü insanın fərqi olacaq".