Naftalanda 10 raket tapıldı - FOTO

Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Naftalan şəhərində 10 raket tapılıb.

Martın 27-si saat 13:25-də Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis şöbəsindən Agentliyə həmin şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 73 mm-lik PQ-9 raketi götürülmüş, ətrafda aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 8 ədəd PQ-9 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31