Bayram günlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb
27 Mart 2019 16:40 SosialNovruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.
"OLAYLAR"-a daxil olan məlumata görə, 19-26 mart tarixlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb. 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb.
Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31