Əhalini sığorta mədəniyyətinə alışdırmaq lazımdır
27 Mart 2019 16:32 Sosial"Parisdə sarı jiletlilərin radikal hissəsi mağazaları, restoranları talan edir. Amma sahibkarlar müflis olmur. Çünki əmlakı sığorta ediblər. Yanğın olanda da belədir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. O, qeyd edib ki, sadəcə çox ciddi fəlakətlər zamanı əmlak kütləvi məhv olanda dövlət müdaxilə edir: "Bizdə əmlakın sığortası yox dərəcəsindədir. Səbəbləri çoxdur. Odur ki, sığortaçı qismində əksəriyyət halda dövlət çıxış edir, sığorta ödənişi isə büdcə hesabına həyata keçirilir. Əslində belə olmalı deyil. Sığorta ilə bağlı problemlər həll olunmalıdır və əhalini sığorta mədəniyyətinə alışdırmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31