Nərimanovda DTX-nın 100 illiyi qeyd olunub
27 Mart 2019 15:37 SosialMartın 27-də Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub."Olaylar" xəbər verir ki, tədbirin əvvəlində Dövlət Təhlükəsizlik Xidmətinin inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş edilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarını təbrik edərək qeyd edib ki, Respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rolu əvəzedilməzdir. Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir. Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən təhlükəsizlik orqanları əməkdaşlarının müstəsna xidmətləri vardır. Yekunda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizlik Xidmətinin Nərimanov Rayon İdarəsinin bir sıra əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.