Almaniyada Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı təşkil edilib

Türk Şurası və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib. "OLAYLAR" xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan  Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri və Komitə sədrinin köməkçisi təmsil edib.Bundan başqa tədbirdə Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri iştirak edib.

Təlim proqramının təşkilində əsas məqsəd türkdilli ölkələrin diasporlarının birgə fəaliyyətinə nail olmaq, onların təkcə Avropada deyil, bütün dünyada bərabər fəaiyyət imkanlarını gerçəkləşdirməkdi.

Aparat rəhbəri Daşqın Rəcəbli tədbir iştirakçılarına  Komitə sədrinin salamlarını çatdırıb, təşkilatçılara təşəkkür edib və və təlim proqramının  təcrübəmübadiləsi baxımından əhəmiyyətindən danışıb.

O qeyd edib ki, Türk Şurası ilə səmərəli əməkdaşlıq təmsil etdiyim qurumun fəaliyyətinin prioritetlərindən biridi. Son zamanlar diaspor quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib və müvafiq sənədlər qəbul edilib.

Daha sonra müxtəlif diaspor təşkilatlarını təmsil edən şəxslər çıxış edib və gördükləri işlər barədə ətraflı danışıblar.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev görülən işlərin görüntülü təqdimatını edib.

Təlim Proqramında Dövlət Komitəsinin son zamanlar gördüyü işlər böyük marağa səbəb olub və qeyd olunub ki, bu işlər  əhatəli, çoxistiqamətli,  praktik cəhətdən səmərəli və gələcəyi doğru hədəfləyən işlər kimi yüksək qiymətləndirilməlidi. Vurğulanıb ki, görülən işlər diaspor hərəkatında yeni bir mərhələnin başlanmasının ən bariz nümunəsidi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31