Misir Mərdanov avtomobil qəzasına düşdü

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.Bu barədə  Misir Mərdanovun özü məlumat verib.O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: "Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram".Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31