Deputatlarımız Ukraynada seçkiləri müşahidə edəcəklər

Milli Məclisin  deputatları  Naqif Həmzəyev Azər Kərimli  və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün  Kiyev şəhərinə  səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə  Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər. Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər. Səfər aprelin 2-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31