Azərbaycanda polis orqanlarına 3000 uşaq gətirilib - Səbəbi...
27 Mart 2019 10:21 SosialÖtən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.
2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.
Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.
Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31