"Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı" - Kəmaləddin Heydərov
26 Mart 2019 11:31 SosialArtıq yanğın lokallaşdırılır.
Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir.
Bunu Bakıda yanğınla bağlı hadisə yerinə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: "Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır". (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31