Azərbaycanda yük maşınlarının yolda "ölüm şousu"- VİDEO
25 Mart 2019 13:02 SosialBakı-Quba yolunda ağır tonnajlı yük maşınları təhlükəli şou göstəriblər.
Yük maşınlarının sürücüləri yolda hərəkət edən minik maşınındakı şəxslərin həyatını təhlükəyə atmaqla bərabər, digər maşınların da hərəkətinə maneə yaradırlar.
Görüntülərdən belə aydın olur ki, minik maşını ard-arda hərəkət edən yük maşınlarından yol istəyir. Lakin yük maşını sürücüləri ona yol verməkdən imtina edirlər. Bu da yetməzmiş kimi, yüksək sürətli yolda minik maşınına yol verməmək üçün sürücünü müxtəlif manevrlərlə sıxışdırır, onun və maşındakı başqa şəxslərin həyatını təhlükəyə atırlar.
Qeyd edək ki, yük maşınlarından birinin dövlət nömrə nişanı 90-LO-181-dir. BakuPost
onn
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31