Ovuclarına bax, xəstəliyini gör – Qaraciyər, öd, ürək

Mütəxəssislər bildirir ki, insan özü də bədənində baş vermiş dəyişikliklərlə səhhətində problemin başladığını vaxtında görə bilər.

Medicina.az ovucların içinə baxmaqla hansı xəstəlikləri təyin etməyin mümkün variantlarını təqdim edir.

-Əgər barmaqlar, dırnaqlar göyərirsə, qan dövranı zəifləyib, oksigen çatmır. Bu aşağı hemoqlobin, ürək-damar xəstəliyinə işarədir. Kardioloq və terapevtə getmək vaxtıdır.

-Ovuclar tərləyirsə, şümallaşıbsa, parlayırsa- qalxanvari vəzi problemi var. Endokrinoqa getmək və şəkəri də yoxlatmaq lazımdır.

-Barmaqların sümükləşməsi, bərkiməsi, əyilməsi, sümük çıxıntısı - osteoporoz, sümük əriməsi əlamətidir. Bütün oynaqlar, xüsusən bel, çanaq yoxlanmalıdır.

-Biləyin, əlin şişməsi - beyində törəmə və başqa problem əlamətidir. Xüsusən 50 yaşından sonra rast gəlinirsə, dərhal həkimə müraciət etmək lazımdır. 

-Əllərin içi qızarıbsa, qırmızıdırsa- qaraciyər, öd problemidir

-Eləcə də sarı ovuclar - hepatit, sirroza işarə ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31