Aydın Xırdalanlı dəfn edildi - FOTO

Ötən gün uzun sürən xəstəlik nəticəsində vəfat edən məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edilib.

Meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidində yuyulduqdan sonra evinə gətirilib və daha sonra dəfn edilməsi üçün Xırdalan şəhər qəbiristanlığına aparılıb.

Xeyli insanın iştirakı ilə keçirilən dəfn mərasimi duaların oxunması ilə yekunlaşıb.

Qeyd edək ki, 41 yaşlı Aydın Xırdalanlı qara ciyər serrozundan əziyyət çəkirdi.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31