ARB TV "körpə"ni "köpək" yazdı, tənqid olundu -Foto

 

ARB TV yayımladığı bir filmlə sosial medianın "dilinə düşüb".
  Axşam.az-ın məlumatına görə, buna səbəb onların filmin adını səhv yazması olub. 

Belə ki, kanalda efirə gedən "3 kişi və körpə" filminin adı "3 kişi və köpək" deyə yazılıb. Sosial şəbəkə istifadəçiləri isə bu kadrları paylaşaraq, onları tənqid edib. 

Daha sonra səhv etdiklərinin fərqinə varan kanal nümayəndələri filmin adını düzgün şəkildə qeyd ediblər. 



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31